#



Fərqanə Qasımova haqqında

 Fərqanə Qasımova – xanəndə, Azərbaycan Respublikasının əməkdar artisti, Milli Konservatoriyanın aspirantı, A. Zeynallı adına musiqi məktəbinin müəlliməsidir. Fərqanə Alim qızı Qasımova 06 avqust 1979-cu ildə Bakıda doğulub. Dünya şöhrətli xanəndə, Azərbaycanın xalq artisti UNESCO mükafatçısı Alim Qasımovun övladı və tələbəsidir. Musiqi məktəbində fortepiano sinfini bitirib. On altı yaşından başlayaraq, atasıyla birgə dünyanın ən məşhur konsert salonlarında (ABŞ, bir çox Avropa ölkələrində, Hindistan, Yaponiya, Ərəbistan, Misir, Türkiyə, Meksika, Çin, İzrail, Rusiya və s) çıxışlar edib. 11 oktyabr 1999-cu ildə Alim Qasımov və Fərqanə Qasimovanın ifalarından toplanmış və təqdimatı Avropada keçirilən “Dərin okean sevgisi” (Love's Deep Ocean) diski dünyada çox məşhur musiqişünasların müsbət rəyi ilə qarşılanaraq, uzun illər reytinq cədvəllərində üstün mövqelər tutub. “Dərin sevgi okeanı”(“ Love's Deep Ocean”)adlanan diski Avropanın radio reytinqlərində 9-cu pilləyə qalxır.Qisa müddət keçəndən sonra isə hətta beşliyə çıxır.Dünyada çox məşhur olan ”Network”səsyazma studiyasi yanvarın 26-da Alim Qasımova belə bir faks yollayır: ““Dərin okean sevgisi” (“Love's Deep Ocean”) diski dünya musiqisinin Avropa xəritəsində 5-ci pilləyə qalxdı.Bu bizim üçün də çox gözlənilməz,inanılmaz nəticədir.Adətən,belə siyahılara düşmək üçün bütün mümkün təsir rıçaqlarını işə salmaq lazım gəlir.Sözün düzü,hələ 9-cu yeri biz özümüzə böyük fəxarət bilirdik. İndi isə disk artıq beşlikdə qərar tutub.Bu əsl möcüzədir,arzularımız gerçəyə döndü.Rica edirik bu şərəfdən,şöhrətdən siz də bizim qədər həzz alın.Ən gözəl diləklərlə Jan Truye.”

Fərqanə Qasımova hazırda beynəlxalq layihənin – məşhur violançel ifaçısı YoYo Manın təsis etdiyi “Böyük İpək yolu” layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış “İpək yolu” ansamblının üzvüdür. Amerika və Avropanın ən nüfuzlu səhnələrində nümayiş etdirilən (2016 –ci ildə cəmi 2 ay ərzində 4 Ştatda 13 konsert keçirilib) və dünya turnesi uzun illərə hesablanmış “Leyli və Məcnun” operasında Fərqanə Qasımova Leyli obrazının yaradicısıdır.

- Berkeley, California – USA 
- Seattle, Washington – USA 
- Ann Arbor, Michigan – USA 
- Hanover, New Hampshire – USA 

Dahi Üzeyir Hacıbəyovun möhtəşəm musiqisinin və layihəyədə adı keçən tanınmış simaların sayəsində “Leyli və Məcnun” operasına marağın artması məşhur xareoqraf Mark Morrisin də layihəyə cəlb edilməsinə səbəb olub. Bu, Şərqin ilk operası sayılan “Leyli və Məcnun” əsərinin dünya musiqisi kimi şöhrət tapması deməkdir.
Fərqanə Qasımova 2004 cü ildə Belçikada qadınların Səs festivalının laureatı olub və davamlı olaraq bu festivala dəvət alır. Dünyanın bir çox musiqi festivallarında – Rusiyada (Moskva, 2000), Almaniyada (Aaxen, 1999), İsverədə (1998), Fransada (Paris, 2001), Avstriyada (Vyana, 1995-2005), Belçikada (1999), İngiltərədə (London 2000), Yaponiyada (Tokio, 2005), İtaliyada (Parma, 2007), Polşada (Vroslav, 2007) və s iştirak edib. Bundan əlavə, Alim Qasımov və Fərqanə Qasımova Amerikanın məşhur Kronos kvarteti ilə birgə konsertlər vermiş, həmin konsertlərin proqramı disklərə yazılmışdır. 2006 cı ildə Belçikalı rejissor Kris Delvil Fərqanə Qasımova haqqında "Meditation day" adlı 53 dəqiqəlik sənədli film çəkmişdir.
Fərqanə Qasımova Azərbaycanda 1996-cı ildən başlayaraq, atası – xanəndə Alim Qasımovla birgə H.Əliyev adına Respublika Sarayında (1998, 2000, 2005, 2006-cı illərdə), 2004-cü ildə       M. Maqomayev adına Dövlət Filarmoniyasında konsertlər vermiş, 2014-cü ildə isə Respublika Sarayında ilk solo konserti ilə çıxıiş etmişdir.
Alim Qasimovla Fərqanə Qasımovanın birgə 5 diski var. 2014-cü ildə Fərqanə Qasımovanın solo ifalarının ibarət “Yalnız ona doğru” adlı diskin təqdimatı keçirilmişdir. 2015-ci ildən başlayaraq, Fərqanə Qasımova ifa etdiyi Mugam sənətinin araşdırılması və tədqiqatı ilə bağlı yaradıcı axtarışlara başlamış, qədim muğamlar sırasında unudulmaqda olan Nəva Mugamının bərpasına nail olaraq, 2016-cı ildə “Nəva” adlı solo konsertlə (Azərbaycan Milli KonservatoriyasındaBeynəlxalq Muğam Mərkəsizndə) geniş publika qarşısına çıxmış, ifası musiqişünaslar tərəfindən yüksək dəyərləndirilmişdir. Muğamın elminə yiyələnmək qərarı Fərqanə Qasımovanın bioqrafiyasında vacib yenilikdir ki, bu niyyət onun yaradıcılığının gələcək istiqamətini müəyyənləşdirməkdədir.

 

 

 

 

 

Yeniləndi: 2017-07-15 02:26:47