#



Fərqanə Qasımova Ansambl

Zəki Vəliyev - Tar

Vəliyev Zəki Ramiz oğlu 28 iyun 1985 – ci ildə Gəncə şəhərində anadan olub.
1997 – ci ildə Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinə daxil olub və musiqi məktəbində oxuduğu vaxtlarda Gəncə şəhərində musiqi məktəbləri arasında keçirilən musabiqədə I yerə layiq görülüb.
2002 - ci ildə Gəncə şəhər Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbini bitirib və həmin il Gəncə Musiqi Kollecinə daxil olmuşdur.
2003 – ci ildə Bakı şəhərində keçirilən Orta ixtisas Musiqi Kolleclərinin IX Respublika müsabiqəsində laureatı olmuşdur. 2008 – ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olmuş və 2012 – ci ildə bitirmişdir.
2009 – ci ildən Ansamblda fəailiyyət göstərir.

 

Rauf İslamov - Kamança

İslamov Rauf Rza oğlu 22 oktyabr 1978 - ci ildə Bakı şəhərində anadan olub.
1989 - 1994 - cı illərdə Bakı 11 nömrəli Musiqi Məktəbində təhsil almışdır.
1994 - ci ildə Asəf Zeynallı adına Musiqi Texnikomuna daxil olmuş və 1998 - ci ildə təhsilini bitirmişdir.
1998 - ci ildə Bakı şəhərində Musiqi Kollecləri arasında keçirilən müsabiqəsində laureatı olmuşdur.
2001 - 2005 - ci illərdə Azərbaycan Milli Konservatoriyasınada təhsil almışdır.
2001 - ci ildən Dünya Şöhrətli musiqiçi Yo-Yo Ma - nın təşkil etdiyi İpək Yolu Ansamblının üzvüdür. 2010 - 2012 - ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univeristetində Magistr dərəcəsinə yüksəlmişdir.
18 Dekabr 2014 - cü ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəcami ilə Azərbaycan Mədəniyyətinin inkişafındakı xidmətlərinə görə "Əməkdar Artist" fəxri adına layiq görülmüşdür.
1998 - ci ildən Ansamblda fəailiyyət göstərir.

Rafael Əsgərov - Balaban

Əsgərov Rafael Ağahüseyn oğlu 28 İyun 1980 - ci ildə Ucar rayonunda anadan olub.
1989 - 1994 - ci illərdə Bakı şəhəri 30 nömrəli Musiqi Məktəbində təhsil alıb.
1995 - ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil olub və 1999 - cu ildə təhsilini başa vurub.
2001 - ci ildən Ansamblda fəaliyyət göstərir.

 

 

Cavidan Nəbiyev - Nağara

Nəbiyev Cavidan Elşad oğlu 28.11.1993 - cü ildə Şamaxı şəhərində anadan olub.
2002 - ci ildə Şamaxı şəhərində Hacı Məmmədov adına 2 saylı Musiqi Məktəbinə daxil olub və 2007 - ci ildə həmin musiqi məktəbini bitirib.
2009 - cu ildə Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinə qəbul olmuşdır.
2015 - ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Xalq çalğı alətləri (Nağara) ixtisası üzrə qəbul olmuşdur.
Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində III kursda təhsil alır.
2009 - cu ildən Ansamblda fəaliyyət göstərir.

Yeniləndi: 2017-07-11 17:55:32